
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qarşısında qoyulan bəzi konseptual vəzifələr üzrə Müşahidə Şurasının işçi qrupunun növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qarşısında qoyulan bəzi konseptual vəzifələr üzrə Müşahidə Şurasının işçi qrupunun növbəti iclası keçirilib.
İclası açıq elan edən işçi qrupun sədri İsrayıl İsgəndərov gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.
İclasda “Agentliyin 2023-2025-ci illər üzrə inkişaf istiqamətləri, strateji məqsədləri və planlar üzrə siyasət sənədi”nin layihəsinin strukturu ilə bağlı fikirlər səslənib, sənədin hazırlanması üçün müvafiq plan tərtib olunaraq MŞ-nın növbəti iclasına təqdim olunması qərara alınıb.