ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qlobal Cənub QHT Platformasının üzvləri İçərişəhərlə tanış olub
01 MAY 2025 - 18:00

Qlobal Cənub QHT Platformasının üzvləri “Həmrəy fəaliyyət: Yeni və ədalətli dünya naminə Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” konfransı çərçivəsində 2025-ci il aprelin 29-da İçərişəhərlə tanış olub. Bundan əvvəl onlar həmçinin “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə təsis edilən inklüziv kafeni ziyarət edib, orada autizm spektr pozuntusu olan uşaqların ifasında musiqi dinləyiblər. Aprelin 29-da Azərbaycan Milli Kulinariya Assosiasiyası” qonaqlara Azərbaycan şirniyyatları təqdim edib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl